“Uşaq hüquqları aylığı” çərçivəsində Ombudsman nümayəndələri ilə görüş

10 Noyabr 2017

  10.11.2017-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin şagirdləri ilə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) nümayəndələri arasında görüş keçirilmişdir. Liseyin tarix müəllimlərinin də iştirak etdiyi bu tədbirdə bir-birindən maraqlı suallar səslənmişdir. Şagirdlərə öz hüquqları haqqında məlumat verən Nigar xanım, həm də bu hüquqlar pozularsa dərhal Ombudsman aparatının qaynar xəttinə müraciət etmələri ilə bağlı da öz tövsiyələrini vermişdir. Tədbirin sonunda qonaqlar,  uşaq hüquqlarını əks etdirən plakat və şəkilləri liseyə hədiyyə etdilər.