Kərim Tahiroğlu

1978-ci ildə Bakı şəhərində anadan olmuşdur.

2001-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasının İPA fakültəsini Kompüter Mühəndisliyi ixtisası üzrə bitirmişdir.

İlk pedaqoji fəaliyyətinə 2004-cü ildə Qafqaz Özəl Gimnaziyasında informatika müəllimi kimi başlamışdır.

Rəhbərliyi altında şagirdlər Infomatrix, Biteko, Ebiko kimi beynəlxalq kompüter layihə yarışmalarında (2004-2005) iştirak etmiş və bir qızıl, iki bürünc medal qazanmışlar.

2011-ci ildə Azərbaycan Texniki Universitetinin AKT fakültəsində Kompüter Elmləri ixtisası üzrə magistr pilləsinə yiyələnmişdir.

2013-cü ildə Qafqaz Universitetində mühazirəçi kimi dərs deməyə başlamışdır.

2014-cü ildə Milli Aviasiya Akademiyasında mühazirəçi kimi dərs deməyə başlamışdır.

2016-ci ildə Azərbaycan Universitetində mühazirəçi kimi dərs deməyə başlamışdır.

2017-ci ildə Bakı Mühəndislik Universitetində mühazirəçi kimi dərs deməyə başlamışdır.

Müxtəlif dövrlərdə bir sıra müəssisələrdə kompüter mühəndisi - proqramçı ixtisası üzrə vəzifələrdə çalışmışdır. 

İKT sahəsində fəaliyyət göstərən MilliByte MMC-ni təsis etmiş və 11 il bu şirkətə rəhbərlik etmişdir.

"Python ilə Proqramlaşdırma" (Şərq-Qərb Nəşriyyatı 2016-ci il, 246 səh.) kitabının müəllifidir.

2017-ci ildən Akademik Zərifə Əliyeva adına liseyin İKT üzrə direktor müavini və informatika müəllimi olaraq işə başlamışdır.