Qarayev Məharət Nağı oğlu

Qarayev Məharət Nağı oğlu,1986-cı ildə Ucar rayon Məlikballı kəndində müəllim ailəsində anadan olub.1992-ci ildə Məlikballı kənd orta məktəbində orta təhsilə başlayıb.2003-cü ildə məktəbi əla qiymətlərlə  bitirərək elə həmin il yüksək balla Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakultəsinə qəbul olunub.2007-ci ildə ADPU-ni bitirərək elə həmin il Bakı Dövlət Universitetində  magistr təhsilinə başlayıb.2009 –cu ildə fərqlənmə diplomu ilə oranı bitirib2010-2012ci illərdə Sabunçu rayon Ramana qəsəbəsi 198 saylı məktəbdə,2011-2013- cu illərdə isə Türkiyə Dəyanət Vəqfi Bakı Turk Liseyində çalışıb.2014-cu ildən Akademik Zərifə Əliyeva adına liseydə çalışmağa davam  edir.

M.Qarayev həmçinin “Kurrikulum”,”Prometan”,”Memi”,”Korea İKT”,”Labdisk aparatının təhsildə tətbiqi” kimi yerli,”Müasir ailədə valideyin,müəllim,uşaq münasibətləri”,”Beynəlxalq təhsil metodlarinin tədrisdə tətbiqi” beynəlxalq seminarlarinda sertifikatlar almışdır.

Təhsil Nazirliyinin Edumediya şirkəti ilə tərtib etdiyi “Labdisk labaratoriya avadanlığının tədrisdə tətbiqi” musabiqəsində “Kimya fənni üzrə ən yaxşı nümunəvi dərs”nominasiyası üzrə respublika birincisi olmuşdur.