Şuşanın işğalından 27 il ötür

08 May 2019

Bu gün – 08.05.2019-cu il tarixində Azərbaycanın dilbər guşələrindən olan Qarabağımızın döyünən ürəyi Şuşanın işğalından 27 il ötür. Bu tarixdə təhsil aldığım Akademik Zərifə Əliyev adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynurə xanım İsmayılova “Şuşa yadıma düşəndə...” mövzusunda oxuduğum 9a4+ sinfində açıq dərs keçirdi.

    Açıq dərsin mövzusu Şuşanın tarixinə, milli-mənəvi dəyərlərinə söykənirdi. “Şuşanı ürəyimizin hakiminə, qəlbimizin əbədi fatihinə çevirən nədir?” sualına cavab axtararkən hər birimiz orada olmasaq da, mənən 27 il əvvələ- Şuşalı günlərə qayıtdıq. “Qala adamları”nın Şuşada ikən və Şuşanı itirdikdən sonra yaşadığı hisləri yaşadıq. Şuşada “Əsir ağac”ın dili olduq, onun yaşadıqlarını sözlərə çevirib öz fikirlərimizi ifadə etdik.

    Dərsimizin ən maraqlı cəhət o idi ki, liseyimizin direktoru Mehriban xanım Vəliyeva, tədris-hissə müdirimiz Anar müəllim, Həcər xanım, sinif rəhbərimiz Hədiyyə xanım, liseyimizin digər müəllimləri Rəna xanım, Günel xanım, Xanım müəllimə də bizimlə birgə Şuşa haqqında öz fikirlərini bölüşdülər.

    Bu dərs hər zamankı kimi keçən adi dərslərdən fərqli idi. Bu dərs “Həyat dərsi” idi. Biz 27 il öncə şuşalı soydaşlarımızın keçirdiyi o ağır, acılı hisləri keçirdik.

    Arzu edirik ki, gün gələr, “Qarabağ şikəstəsi” Şuşada, Xankəndində yenidən oxunar, üçrəngli bayrağımız 3 il öncə aprel döyüşlərində yenidən “Lələ təpə”də sancdığımız kimi bütün işğal altında olan torpaqlarımızda da sancılar.

                                                             Cabir Məmmədov – 9a4 sinif şagirdi