Şagirdlərimiz ABŞ-dan uğurlu nəticələrlə döndülər

20 May 2018

  13-18 may 2018-ci il tarixlərində Amerika Birləşmiş Ştatlarının Pittsburq şəhərində Intel Fondunun təşkil etdiyi Beynəlxalq Elm və Mühəndislik Sərgisi keçirilib.

  Beynəlxalq sərgiyə dünyanın 75 ölkəsindən 1800-dən çox məktəbli qatılıb. Azərbaycanı bu nüfuzlu müsabiqədə təmsil 4 komandadan 3-ü bizim liseyin payına düşüb. Bu şagirdlərimiz cari ilin fevral ayında ölkə üzrə keçirilən “Sabahın alimləri” müsabiqəsinin qalibləri Əliağa Abdullayev, Adnan Bünyatov, Cavid Hüseynzadə, Ceyla Hüseynzadə və Fidan İbrahimovadır.

  Layihələrdən ikisi - akademik Zərifə Əliyeva adına liseyin X sinif şagirdi Cavid Hüseynzadə və həmin liseyin IX sinif şagirdi Ceyla Hüseynzadənin “TreLop” layihəsi proqramlaşdırma sahəsində mükəmməl layihə kimi Oracle Akademiyasının 5000 ABŞ dolları məbləğində mükafatına, liseyin X sinif şagirdləri Əliağa Abdullayev və Adnan Bünyatovun “Neftin fiziki-kimyəvi xassələrinin dəyişdirilməsində elektromaqnit sahəsinin rolu” mövzusunda elmi layihəsi “BMT-nin dayanıqlı inkişaf hədəfi” nominasiyasında YUNESCO-nun nəzdində Ukrayna Milli Mərkəzi - Kiçik Elmi Akademiyası tərəfindən  1000 ABŞ dolları məbləğində mükafata layiq görülüb. 

  Şagirdlərimizi təbrik edir və uğurlarının davamını diləyirik.