Şagirdimizin növbəti uğuru

26 Noyabr 2018

    Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Qəhrəmanlı Arifin layihəsi məktəblilər arasında keçirilən Sabahın alimləri 7-ci Respublika müsabiqəsində ekologiya istiqaməti üzər üçüncü yeri qazanıb. Lahihənin əsas məqsədi ətraf mühitin təmizliyi probleminin həllinə töhfə verməkdir. Onun bu ixtirası həmçinin “ClimateLaunchpad” Azərbaycan 2018 startap akselerasiyası proqramının ölkə finalına keçmiş 13 layihədən biri olub. 
  Azərbaycan finalına çıxan komandaların seçilməsində təmsil olunmuş münsiflər heyətində  Silikon Vadidən olan ekspert Rik Rasmussen də iştirak edirdi. Startapçılar münsiflər heyəti qarşısında ingilis dilində  layihələrinin təqdimatını ediblər.  
  Dünyanın ən böyük "cleantech" (təmiz texnologiya) akselerasiyası olan “ClimateLaunchpad” proqramında 35 ölkə iştirak edir. Azərbayan bu layihədə ən çox müraciət alan ölkədir. Beləki, bu il  proqrama Azərbaycandan ilk mərhələdə 83 layihə təqdim olunub. Onlardan 13 layihə finala keçib, eləcə də Arifin ixtirası. Ona uğurlar arzu edirik və uğurlarının davamlı olmasını arzu edirik.