Müharibə veteranlı ilə görüş

08 May 2019

08.05.2019-cu il tarixində şagirdlərimizdə yüksək hərbi vətənpərvərlik ruhundatərbiyə etmək məqsədi ilə veteranlarla görüş keçirildi. Görüşdə “Müharibəvə əmək veteranları şurasının Hərbi vətənpərvərlik şöbəsinin müdiri Polkovnik Adil Hakverdiyev, həmin şöbənin mütəxəsisi İsmayıl İsmayılov, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin sədri Polkovnik Mehdi Mehdiyev, sədr müavini polkovnik leytenant Ariz Məmmədov, həmin cəmiyyətin üzvü polkovnik leytenant Şura Musayev vəAzərbaycan Bayrağı ordenli Məhəd Tağıyev iştirak etdi. Şagirdlərimiz veteranlarımızı əliboş qarşılamadılar. Hərbi topoqrafiyadan kompasla, düzəltdikləri kompasla, ağacların budaqlarının köməyi ilə, günəşin kölgəsi ilə, günəş və saatın köməyi ilə, məscid, kilisə, qarışqa yuvası, məzar və s. köməyi ilə ərazidə səmtlənmə;

Atəş hazırlığından Avtomatın natamam sökülməsi və natamam sökdükdən sonra yığılmasını, maqazinin boşaldılması və doldurulması;Mülki müdafiə və hərbi tibbi hazırlıqdan yaralının təhlükəli ərazidə axtarıb tapıb oradan çıxartmaq, ona ilk tibbi yardım göstərmək və əlaltı vasitələrdən hazırladıqları xərəklərlə yaralını təxliyə etmək üzrə öz bacarıqlarını həvəslə nümayiş etdirdilər.

08 05 2019-cu il tarixində Şuşa şəhəri uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olmuş Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunoviç Aqarunov  haqqında şagirdimiz Fikrət Məmmədov çıxış etdi.

Veteranlar adından Polkovniklər Adil Haqverdiyev və Mehdi Mehdiyev çıxış etdilər.

Çıxışlardan sonra şagirdlərimizin sualları cavablandırıldı.