Liseyimizin şagirdləri Basketbol idman növü üzrə Yasamal rayon birinciliyində II oldular

22 Dekabr 2017

  Yasamal rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 14-21 dekabr 2017-ci il tarixlərində 60 nömrəli tam orta məktəbdə basketbol üzrə rayon birinciliyi keçirildi. Birinciliyin keçirilməsində məqsəd basketbol idman növünü rayon məktəbliləri arasında təbliğ və inkişaf etdirməkdən, onların fiziki sağlamlıqlarının qorunmasını təmin etməkdən ibarət olmuşdur.

  Liseyimizi təmsil edən basketbolçularımız yalnız finalda məğlub olaraq II yeri tutmuşlar. Şagirdlərimizi təbrik edir və uğurlarının davamını arzulayırıq.