Liseyimizin 9a4+ sinfi Seçenov adına Moskva Dövlət Tibb Universitetinin Bakı filialına səfər etdi

15 Mart 2018

  15 mart 2018-ci il tarixində Akademik Zərifə Əliyeva adına liseyin 9a4+ sinfi İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialına səfər etdi. Sinif rəhbəri Şövkət xanımın rəhbərlik etdiyi 9a4+ sinfi 4-cü ixtisas qrupunun şagirdləridir.

  Ziyarətin məqsədi şagirdləri gələcək ali məktəb seçiminə düzgün yönəltməklə yanaşı həmçinin, onları ixtisasları ilə bağlı əyani vəsaitlərlə yaxından tanış etmək idi. 

  Şagirdlərə bələdçi tərəfindən universitetin tarixi və fəaliyyəti haqqında məlumat verildikdən sonra onlar müxtəlif labaratoriyalar və mühazirə otaqlarını gəzdilər. İnsan skeleti və digər orqanları gözləri ilə görən, ən müasir texnologiya və vəsaitlərlə tanış olan şagirdlər gəzintidən xeyli yeni məlumat və xoş təəssüratla geri döndülər.