Akademik Zərifə Əliyeva adına liseydə akademik Zərifə xanım Əliyevanın 96-cı ildönümünə həsr olunmuş açıq dərs

29 Aprel 2019

26 aprel 2019-cu il tarixində akademik Zərifə Əliyeva adına liseydə akademik Zərifə xanım
Əliyevanın 96-cı ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirildi. Bununla əlaqədar olaraq liseyin tarix
müəllimi Zemfira xanım Məhəmmədovanın 9r4 sinifdə “Tibbin tarixi” adlı açıq dərsi keçirildi. Dərsdə
liseyin müəllim, şagird kollektivi və valideynlər iştirak edirdi. Açıq dərs bir neçə elmin inteqrasiyası
əsasında keçirilmişdir (Ümumi tarix, Azərbaycan tarixi, biologiya, tibbi elmi və psixologiya). “Anatomiya”,
“Cərrahiyyə, Genetika, Kardiologiya, Farmakologiya, Oftalmologiya. Qruplarına bölünmüş
şagirdlər “ Gələcək peşəm üçün tibbin hansı sahəsini seçərdim və nə üçün?” sualına cavab verdilər. Bu
sualla bağlı şagirdlər divar qazetləri və eksponatlardan ibarət kiçik muzey hazırlamışdılar. Dərsin sonunda
şagirdlər tibbin müxtəlif sahələri haqqında maraqlı məlumatlar əldə etdilər.