Akademik Zərifə Əliyeva adına lisey OCEP 2019 layihəsi çərçivəsində təltif olunub

08 İyul 2019

Bakı 2019 Avropa Gənclər Olimpiya Festivalının irsi çərçivəsində həyata keçirilən "Olimpiya Mədəniyyəti və Təhsil Proqramı"nın icrasında ayın ən "Fərqlənən məktəbi" olduğu üçün Akademik Zərifə Əliyeva adına lisey təltif edilib. Liseyimizin bütün heyətini bu münasibətlə təbrik edir və uğurlarımızın davamlı olmasını diləyirik.