Liseyimizdə Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi qeyd olundu

10 May 2018

  10.05.2018-ci il tarixdə Akademik Zərifə Əliyeva adına liseydə Ümummilli lider Heydər Əliyevin 95 illik yubiley ilə bağlı silsilə tədbirlər keçirildi. Gün ərzində keçirilən ilk dərslər Heydər Əliyevə həsr olundu. Daha sonra xatirə zalında Ümummilli liderin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film izlənildi. Foyedə təşkil olunan tədbirdə isə məktəbin direktoru Mehriban xanım və digər müəllimlər Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti ilə bağlı şagirdlərimizə geniş məlumat verdilər.