Akademik Zərifə Əliyeva adına liseydə Cümhuriyyətin 100 illiyi ilə bağlı "Təlimdə tər, döyüşdə zəfər" hərbi-vətənpərvərlik yarışı keçirildi

24 May 2018

  24.05.2018-ci il tarixdə Akademik Zərifə Əliyeva adına liseydə Cümhuriyyətin 100 illiyi ilə bağlı "Təlimdə tər, döyüşdə zəfər" hərbi-vətənpərvərlik yarışı keçirildi. Bu ilki bayramımızı əlamətdar edən ən başlıca səbəb isə Azərbaycan Xalq Cümhüriyyətinin yüz illik yubileyi ilə üst-üstə düşməsi idi. Ona görə də şagirdlərimiz tariximizin bu parlaq yubileyinə xüsusi səylə hazırlaşmışdılar. Hərbi idman bayramı sıra hazırlığı, taktiki hazırlıq, atəş hazırlığı, fiziki hazırlıq, hərbi topoqrafiya və mülki müdafiə üzrə nəzəri biliklərini əməli yerinə yetirməklə  gərgin mübarizə şəraitində keçdi. Yarış Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin hərbi orkestrinin canlı ifası ilə müşayiət olundu. Liseyimiz 10A1 sinfinin “Diversantlar”, 10A1+ sinfinin “Mexaniks”, 10A2 sinfinin “Boz Qurdlar”, 10A3 sinfinin “Hürriyyət”, 10A4 sinfinin “Qara Mamba”, 10R1 sinfinin “Qartallar”, 10R2 sinfinin “Tornado” və 10R4 sinfinin “Adrinalin” komandaları ilə təmsil olunurdu. Bu il bir ilk olaraq bayrama 158 saylı məktəbin “Vətənpərvərlər” komandası da qatılmışdı. Hərbi idman bayramının qalibi 10R2 sinfinin “Tornado” komandası oldu.